Aprelin 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferi qəbul edib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ararat Mirzoyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb. Marqarita pizza
Həmçinin, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılmasına dair sazişlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Telegram kanalımız