Ararat Mirzoyan gəlirlərini vergidən gizlədib

saytların hazırlanması

Evə çatdırılma

Ararat Mirzoyan gəlirlərini vergidən gizlədib

Siyasət

05 İyul 2025 14:10 358


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan vergi bəyannaməsində açıqlamadığı mənbələrdən əldə etdiyi pullarla ev alıb.

Oxu.Az bu barədə "Joğovurd" nəşri məlumat yayıb.

Bildirilib ki, nazir ötən il iki daşınmaz əmlak vahidi - mənzil və malikanə barədə vergi hesabatı verib. pizza sifarişi

Məlumata görə, onun həyat yoldaşı 2022-ci ildə Ermənistanın Kotayk vilayətinin Nairi icmasında 112 milyon dram (280 min dollar) dəyərində malikanə alıb.

A.Mirzoyan, həmçinin bank hesablarında təxminən 30 min dollar, eləcə də nağd şəkildə 2.8 milyon dram (7 min dollar) bəyan edib. Nazirin ötənilki gəlirləri 24.7 milyon dram (62 min dollar) təşkil edib.

"Əgər 2021-ci ildə onun 34 milyon dram (85 min dollar) dəyərində mənzil satdığını nəzərə alsaq, 112 milyon dramın (280 min dollar) bir hissəsinin mənşəyi hələ də naməlumdur", - məlumatda bildirilib.

Qeyd edək ki, A.Mirzoyan 2021-ci ildən Ermənistanın xarici işlər naziri vəzifəsini tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    MƏGƏR AZƏRBAYCAN MƏMURLARI MİRZOYAN KİMİ DEYİLLƏR? HANSINI PREZİDENT TƏRPƏDİR MİRZOYANDAN DA ÇOX HARAM VAR- DÖVLƏTİ ÜZƏ ÇIXIR.
    10 months ago