Araşdırmalar həqiqəti üzə çıxartdı! Ən ağıllı uşaqlar bu ayda doğulur 

saytların hazırlanması

Evə çatdırılma

Araşdırmalar həqiqəti üzə çıxartdı! Ən ağıllı uşaqlar bu ayda doğulur 

Maraqlı

28 Avqust 2024 14:01 2628


Alimlər son araşdırmalarında uşaqların doğulduğu ay ilə onların intellekt səviyyələri arasındakı əlaqəyə işıq salıblar. Bu araşdırma nəticəsində ən ağıllı uşaqların hansı ayda doğulduğu məlum olub. 

Yenisabah.az xəbər verir ki, alimlər tərəfindən aparılan araşdırma insanların doğulduqları aydan asılı olaraq fərqli intellekt səviyyələrinə və tiplərinə malik olduqlarını təəccübləndirən nəticələr ortaya çıxarıb. ABŞ-da aparılan bir araşdırma 1 milyon şagirdin məlumatlarını təhlil edərək, hansı ayda doğulan uşaqların digərlərinə nisbətən daha uğurlu olduğunu müəyyən edib. 

Araşdırmanın nəticələrinə görə, sentyabr ayında doğulan uşaqlar digər aylarda doğulan uşaqlara nisbətən akademik baxımdan daha uğurlu olurlar. Sentyabr ayında doğulan uşaqlar təkcə ibtidai sinifdə deyil, orta və ali məktəbdə də digər şagirdlərdən daha uğurlu nəticələr əldə edirlər.  Dominos pizza

Eyni zamanda, avqust ayında doğulan uşaqlar sentyabrda doğulan uşaqlar kimi akademik uğur qazanmasalar da, onların idmanda, xüsusilə, futbol, basketbol kimi sahələrdə daha çox uğur qazandıqları üzə çıxıb. Avqust ayında doğulan ulduz aktyorların da sayının daha çox olduğu statistik olaraq vurğulanır. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!