Arayik Arutyunyan Ermənistanın prezidenti ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Arayik Arutyunyan Ermənistanın prezidenti ola bilər

Rəsmi

26 Yanvar 2022 17:43 1113


Ermənistan müxalifəti eks-prezident Armen Sarkisyanın istefasından sonra prezidentliyə namizədlərini irəli sürməyəcəklər.

Yenisabah.az “Past”a istinadla xəbər verir ki, müxalif “Ermənistan” və “Şərəfim var” blokları bu prosesdən kənarda qalmaq qərarına gəlib.

"Müxalifət kimin namizədliyini irəli sürdüyünü bilir və parlament çoxluğu ona səs verməyəcək. Ona görə də, prosesdə iştirak etməyi mənasız hesab edir", - deyə nəşr yazıb. Dördpendirli pizza

“Irakanum” nəşri isə iddia edir ki, Ermənistan Milli Məclisinin müxalifət fraksiyaları yeni prezidentlə bağlı məsələnin müzakirəsində iştirak edəcək, lakin iqtidaryönlü namizədin əleyhinə səs verəcəklər.

Xatırladaq ki, bundan əvvəl “Hayastan” bloku prezidentliyə namizəd irəli sürəcəklərini istisna etmirdi, hətta mətbuatda müxalifətin prezidentliyə namizədinin Robert Koçaryan olması ilə bağlı yazılar getsə də, daha sonra “Hayastan” blokunun deputatı Aqnesa Xamoyan şayiələri təkzib edib.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, hakim “Vətəndaş müqaviləsi” partiyası prezident postuna Baş nazir Aparatının rəhbəri Arayik Arutyunyanın namizədliyini irəli sürəcək.

“Lakin bizdə olan məlumata görə, bu qərar qəti deyil, istisna edilmir. Prezidentliyə namizəd olan daha bir ad isə sonda açıqlanacaq”, - deyə nəşrdə qeyd olunub.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!