Araz Abdullayev Türkiyə klubuna keçir

saytların hazırlanması

Evə çatdırılma

Araz Abdullayev Türkiyə klubuna keçir

İdman

14 Sentyabr 2020 18:59 1707


Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "Ajanspor" məlumat yayıb.

İddiaya görə, oyunçu I liqada çıxış edən "Boluspor"la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq. Toyuqlu pizza

Qeyd edək ki, Araz Abdullayevin son klubu "Qarabağ" olub. Futbolçu 2019/20 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb. Millimizin üzvü əvvəllər Azərbaycanın "Neftçi", "Qəbələ", İngiltərənin "Everton" (debüt etməyib), Yunanıstanın "Panionios" və Cənubi Kiprin "Anortosis" klublarında çıxış edib..


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!