Araz çayında balıq ovlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Araz çayında balıq ovlayan şəxs saxlanıldı

Hadisə

01 Fevral 2025 23:30 385


Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşlarının ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədov saxlanılıb. Marqarita pizza

Həmin şəxsdən qanunsuz olaraq ovlanmış ümumilikdə 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!