Araz Əlizadə parlament seçkilərində iştirak etməyəcək - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Araz Əlizadə parlament seçkilərində iştirak etməyəcək - SƏBƏB

Siyasət

30 Dekabr 2019 13:14 1101


Parlament seçkilərinin bir neçə deputatlığa iddialının eyni dairədən namizədliyini irəli sürməsi səbəbindən gərgin və maraqlı keçəcəyi məlumdur.

“Yeni Sabah” xəbər verir ki, 35 saylı III Xətai seçki dairəsində də belə olacağı çübhəsizdir. İndiyədək Ümid Partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu dairədən namizədliklərini irəli sürüblər.

Bundan əvvəlki seçkilərdə isə həmin dairədən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat mandatı qazanmışdı. Bir müddət əvvəl xəstələndiyindən onun yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi məlum deyildi. pizza

Keçmiş deputat bununla bağlı Lent.az -a açıqlama verib. O, növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib:

“Seçkilərə qatılmayacağam, çünki səhhətimlə bağlı yaranan problem buna imkan vermir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!