“Araz-Naxçıvan“ braziliyalı yarımmüdafiəçi aldı

saytların hazırlanması

Evə çatdırılma

“Araz-Naxçıvan“ braziliyalı yarımmüdafiəçi aldı

İdman

17 İyul 2023 17:57 879


“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb. 

Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.  Toyuqlu pizza

Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib. 

Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını klubun rəsmi saytına bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”. 

Qeyd edək ki, "Araz-Naxçıvan" bu gün portuqaliyalı hücumçu Nuno Miguel Rodriguesin transferini də açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!