Misli Premyer Liqasında XXXV tura start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.
"Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib - 1:0. Tovuz klubu 52 xalla dördüncü sıradakı mövqeyini möhkəmləndirib. "Gənclik şəhəri" təmsilçisi isə 30 xalla doqquzuncu pillədə qalıb. Toyuqlu pizza
"Zirə" "Sabah"la heç-heçə edib - 1:1. İkinci yerdəki "Zirə"nin 71, beşinci sıradakı "Sabah"ın 45 xalı var.
"Araz-Naxçıvan" isə səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Naxçıvan təmsilçisi 58 xalla üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkə UEFA Konfrans Liqasında təmsil edəcək. "Şamaxı" 36 xalla yeddincidir.
Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.
Telegram kanalımız