“Araz-Naxçıvan” Fransa millisinin keçmiş üzvünü transfer etdi

“Araz-Naxçıvan” Fransa millisinin keçmiş üzvünü transfer etdi

İdman Veb saytların hazırlanması

18 Sentyabr 2023 11:50 340


“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Aksel Nqando ilə anlaşıb. Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır.Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. 

30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztepe”sində də oynayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub. 

Qeyd edək ki,  "Araz-Naxçıvan" indiyədək Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç,  Turan Manafov ("Səbail"dən icarəyə götürülüb), Nihat Qurbanlı ("Səbail"dən icarəyə götürülüb), Nicat Süleymanov ("Kəpəz"dən icarəyə götürülüb), Elçin Mustafayev ("Şamaxı"dan icarəyə götürülüb),  Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri,  İsmail Azzaoui, Elvis Maşike və Kristian Avramı da transfer edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!