“Araz-Naxçıvan” portuqaliyalı futbolçu transfer etdi 

saytların hazırlanması

Evə çatdırılma

“Araz-Naxçıvan” portuqaliyalı futbolçu transfer etdi 

İdman

09 İyul 2024 13:38 710


“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, Bernardo Oliveira Dias “Benny” 2024-2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək. 27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib.  Benny buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə,  Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!