Arda Gülər: “Bir də gördüm, Ronaldo yanıma gəldi, “selamaleykum” dedi və...”

saytların hazırlanması

Evə çatdırılma

Arda Gülər: “Bir də gördüm, Ronaldo yanıma gəldi, “selamaleykum” dedi və...”

İdman

10 İyul 2024 13:42 1039


Türkiyə futbol millisinin gənc oyunçusu Arda Gülər Ronaldo ilə bağlı maraqlı açıqlama verib. 

Musavat.com xəbər verir ki, Arda Gülər Ronaldonun ona öz formasını verməsindən danışıb: 

"Portuqaliya ilə oyunumuz bitəndə Ronaldonun formasını almaq istədim, amma bunu etməyə utandım. Joao Feliksi çoxdan tanıyıram, ona görə də ondan gedib Ronaldonun formasını mənim üçün almasını xahiş etdim. 10 dəqiqədən sonra Feliks Kriştiano ilə soyunub-geyinmə otağımıza gəldi. Kriştianonun özünün otağa gəlməsi hamını təəccübləndirdi. O, “Salam-əleyküm” dedi və köynəyini mənə verdi. Əvvəlcə fərqinə varmadım, sonra anladım ki, Kriştiano hər kəsi xoşbəxt etməyi xoşlayır, hətta onları tanımasa da. Bu anı unutmayacağımı düşünürəm. Tarixin ən yaxşı oyunçusu sənin yanına gəlib öz formasını verir, bu, inanılmaz bir şeydir”.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!