“Real Madrid”də əsas heyətdə yer tapa bilməyən Arda Gülər yenidən əvvəlki klubuna qayıtmağı düşünür. 19 yaşlı yarımmüdafiəçi komanda rəhbərliyinə İstanbul təmsilçisinə icarəyə verilməsi barədə müraciət edib.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Gülərin “kral klubunda” daimi performans göstərəcəyi sual altındadır. Rodri və De Brüyn kimi yarımmüdafiəçilərin transfer edilməsi halında isə onun start heyətinə düşməsi ümumiyyətlə çətin olacaq.
Qeyd edək ki, Arda Gülər “Fənərbaxça” klubunun yetirməsidir. O, ötən mövsüm möhtəşəm çıxışı ilə bir çox Avropa klubunun transfer siyahısında yer alıb. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız