Arda Gülər qərarını verdi - “Real”dan ayrılır?

saytların hazırlanması

Evə çatdırılma

Arda Gülər qərarını verdi - “Real”dan ayrılır?

İdman

01 Noyabr 2024 08:21 965


“Real Madrid”in 19 yaşlı türkiyəli yarımmüdafiəçisi Arda Gülər oyun təcrübəsi olmadığı üçün klubdan ayrılmağı planlaşdırmır.

“Yeni Sabah” xəbər verir ki, “The Athletic”in məlumatına görə, Gülərlə digər klublar maraqlanıb və ona müqavilə təklif etməyə hazırdırlar.

Bununla belə, gənc futbolçu başqa kluba keçmək istəmədiyini və komandanın əsas oyunçusu olmaq üçün çalışacağını açıqlayıb. pizza hut

Nəşr onu da yazır ki, Gülər İspaniyaya uyğunlaşması üçün artıq şəxsi aşpaz, fizioterapevt və fitnes məşqçisi də işə götürüb.

Gülər yeni mövsümdə artıq 11 oyun keçirsə də, hələ ki, qol vura bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!