19 yaşlı türkiyəli yarımmüdafiəçi Arda Gülər klubundakı vəziyyətindən narazıdır, komandanı tərk etmək niyyətindədir.
Yenisabah.az xəbər ki, Ardanın istəyinə səbəb əsas heyətdə şans tapa bilməməsidir.
Yarımmüdafiəçinin “Real Madrid”lə 5 illik müqaviləsi mövcuddur. Çalışdırdığı klublarda oyunu yarımmüdafiə xəttinin üzərində quran Karlo Ançelotti isə mərkəz oyunçularından matç ərzində həm hücuma, həm də müdafiəyə dəstək olmağı tələb edir. pizza mizza
A. Gülərin fiziki olaraq bu tələbi icra etməsi əsas heyətə düşmə şanslarını olduqca çətinləşdirir. Dünyanın ən yaxşı yarımmüdafiəçilərinin məhz Ançelottinin komandalarından çıxması da təsadüfi deyil.
Ardanın start heyətinə düşə bilməməsinin digər bir səbəbi isə komandada olan forma rəqabətidir. Dünyanın ən yaxşı futbolçularından qurulan “kral klubu”, Arda Gülər səviyyəsində olan futbolçuları sadəcə “rotasiya” məqsədi ilə transfer edir. Bir çox futbol mütəxəssislərinə görə, Arda Gülər kariyerasının başında digər fürsətləri dəyərləndirməli və mütəmadi start heyətində yer alacağı bir kluba keçməlidir.
Telegram kanalımız