Arda Gülər rəsmən “Real“da

saytların hazırlanması

Evə çatdırılma

Arda Gülər rəsmən “Real“da

İdman

06 İyul 2023 17:22 1415


“Fənərbaxça”nın gənc futbolçusu Arda Gülərin “Real”a keçidi tamamlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının instaqram hesabında məlumat verilib. 

18 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə 6 illik sözləşmə üçün razılaşıb. “Fənərbaxça”bu transferdən 20 milyon avro qazanacaq. Üstəlik, 10 milyon bonus da İstanbul təmsilçisinin hesabına köçürüləcək. Türkiyə klubu Gülərin "Real"dan başqa kluba satılacağı halda daha 20 faiz gəlir götürəcək.  pizza sifarişi

Türkiyə mətbuatında Madrid təmsilçisinin Arda Gülər üçün İstanbula xüsusi təyyarə göndərdiyi qeyd olunub. O, artıq İspaniyaya yollanıb və bu gün rəsmi sözləşməyə qol çəkəcək. 

Qeyd edək ki, Arda Gülər ​​“Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə bu klubun akademiyasında olub, daha sonra “Fənərbaxça”da çıxış edib. Arda əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 qolun ötürməsini verib. O, Türkiyə millisində də 4 oyunda iştirak edib. Yarımmüdafiəçinin "Fənərbaxça" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt". oyunçunu 15 milyon avro dəyərində qiymətləndirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!