Türkiyəli ulduz futbolçu Arda Gülərə 10 milyon lirəlik maşın hədiyyə olunub. Sözügedən hədiyyəni “Real Madrid”in sponsorlarından olan “BMW” şirkəti verib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın avtomobil nəhəngi klubun bütün futbolçularına elektrik mühərrikli avtomobillər bağışlayıb. Hədiyyəyə layiq görünənlər arasında kral klubunun 19 yaşlı yarımmüdafiəçisi Arda Gülər də olub.
Daha öncə, 2019-cu ildə də şirkət analoji addım atıb. “BMW” “Real Madrid”in əsas sponsorlarından hesab olunur. Toyuqlu pizza
Telegram kanalımız