Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçi təyin olunub.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.
Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib. Dominos pizza
Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının şərəfini qoruyub.
Telegram kanalımız