Arda Turana həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Arda Turana həbs cəzası verildi

İdman

20 Mart 2024 09:54 982


“Barselona”nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb.

Tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Nəticədə eks-futbolçu hökmlə razılaşıb. pizza

37 yaşlı Arda Turan İspaniyada təkcə “Barselona”da deyil, “Atletiko Madrid”də də çıxış edib və üç dəfə ölkə çempionu olub. O, hazırda Türkiyənin “Eyupspor” klubunun baş məşqçisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!