Arda Turandan Messi paylaşımı

saytların hazırlanması

Evə çatdırılma

Arda Turandan Messi paylaşımı

İdman

09 Avqust 2021 15:02 1249


"Qalatasaray"ın futbolçusu Arda Turan "Barselona"dakı sabiq komanda yoldaşı Lionel Messinin klubdan ayrılması haqqında fikirlərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, Arda Turan “Instagram” hesabında etdiyi paylaşımda yazıb:

"Səninlə tanış olmaq, böyük bir klubda eyni paltardəyişmə otağını və meydançanı paylaşmaq mənim üçün qürurverici idi. Sadəcə meydanda deyil, tarixdə ən yaxşı idin və belə də qalacaqsan. Məni qarşıladığın, "Barselona"da keçirdiyim vaxt ərzində verdiyin dəstək üçün sənə çox təşəkkür edirəm. Bu yeni mərhələdə sənə və ailənə hər şeyin ən yaxşısını arzulayıram". pizza hut

Xatırladaq ki, Arda Turan 2015-2020-ci, Messi isə 2004-2021-ci illərdə "Barselona"da oynayıb.

Mehri Qurban

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!