Türkiyəli futbolçu Arda Turanın anası Yüksel Turan 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunub.
Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu halda xanım Turanın tikiliyə qeyri-qanuni çardaq əlavə etdiyi müəyyən edilib. Ona 5 il müddətinə həbs cəzası istənilsə də, məhkəmənin qərarı ilə 10 ay azadlıqdan məhrum edilib. Toyuqlu pizza
Telegram kanalımız