Ardıcıl 3 zəlzələ: Sunami xəbərdarlığı edildi

saytların hazırlanması

Evə çatdırılma

Ardıcıl 3 zəlzələ: Sunami xəbərdarlığı edildi

Dünya

20 İyul 2025 11:36 1404


Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərindən 171 km məsafədə 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının "Telegram" kanalında bildirilib.

Bundan əvvəl Rusiya Federasiyasının Kamçatka vilayətindən 171 km məsafədə 6,5 maqnitudalı zəlzələ qeydə alınıb. pizza mizza

Zəlzələ 13 km dərinlikdə baş verib.

Daha əvvəl isə Petropavlovsk-Kamçatskdan 150 km məsafədə 5,3 maqnitudalı zəlzələ baş verib.

İlkin məlumatlara görə, ikinci zəlzələ hiss olunub, intensivliyi 4 bal təşkil edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, regionun bir neçə yaşayış məntəqəsində sunami təhlükəsi elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!