Argentina millisi DÇ-2022-nin finalında

saytların hazırlanması

Evə çatdırılma

Argentina millisi DÇ-2022-nin finalında

İdman

17 Noyabr 2021 09:32 863


DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsində 14-cü tura ykun vurulub.

Yenisabah.az xəbər verir ki, görüşlərin nəticəsində Argentina millisi turnirin finalında iştirakını təmin edib.

Argentinalılar Braziliya yığması ilə heç-heçə (0:0) ediblər, Boliviya yığması Uruqvay seçməsini (3:0), Peru millisi Venesuelanı (2:1), Ekvador Çilini (2:0) məğlub edib. Kolumbiyalılarla paraqvaylılar arasında keçirilən oyun 0:0 hesabı ilə başa çatıb. Dördpendirli pizza

Qaydalara əsasən, ən yaxşı 4 komanda dünya çempionatının final mərhələsinə yüksələcək, beşinci yeri tutan komanda digər konfederasiyaların nümayəndələri ilə pley-offda iştirak edəcək. Argentina yığması qrupda 13 oyunda 29 xalla qrupda ikinci, Ekvador (23 xal) üçüncüdür. Dördüncü və beşinci yerləri tutan kolumbiyalılar və perulular (hər iki yığma 17 xal toplayıb) hərəyə 14 görüş keçiriblər və növbəti mərhələdə bir-biri ilə qarşılaşacaqlar. Beləliklə Argentina millisi qrupda dördüncü pilləyə enməyəcək.

Qeyd edək ki, daha əvvəlBelçika, Braziliya, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə, Niderland komandaları da turnirin final hissəsinə vəsiqə qazanıblar. Qətər millisi dünya çempionatında turnirin ev sahibi kimi iştirak edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!