Argentinanın yeganə problemi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Argentinanın yeganə problemi açıqlandı

Dünya

23 Mart 2025 13:21 242


Argentina hökumətinin məsləhət şurasının rəhbəri Demian Reydeyl ölkə əhalisini Argentinanın "yeganə problemi" adlandırıb.

Yenisabah.az lenta.ru-ya istinadən xəbər verir ki, belə bir bəyanatı o, Buenos-Ayresdə keçirilən IEFA LATAM biznes forumunda verib.

Çıxışı zamanı siyasətçi Argentinanın "süni intellekt üçün mərkəz" olmaq istədiyini bildirib. Sonra Reydeyl ölkənin müsbət cəhətlərini sadalayaraq, onun landşaftını, iqlimini və böyük hərbi qarşıdurmaların olmamasını deyib. pizza sifarişi

"Bizim böyük torpaq sahələrimiz var, enerji və suya çıxışımız var, soyuq iqlimimiz var ki, bu da süni intellekt sistemlərinin soyudulması üçün tortun üzərindəki gilənar kimi bir şeydir. Biz silahlı qarşıdurmaların, sunamilərın olmadığı bir zonadayıq", - Argentina Prezidenti Xavyer Mileyin müşaviri qeyd edib.

Onun sözlərinə görə, aşkar olan budur ki, bu ərazi argentinalılarla məskunlaşdırılıb və bu, yeganə problemdir.

Daha sonra Reydeyl "X" sosial şəbəkəsində bir mətn paylaşaraq argentinalılardan ölkənin problemi ilə bağlı bəyanatı səbəbindən yaranan anlaşılmazlıq üçün üzr istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!