Arif Babayev təltif olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Arif Babayev təltif olundu - Fotolar

Mədəniyyət

20 Fevral 2025 23:34 1198


Mədəniyyət Nazirliyinin nümayəndələri fevralın 20-də Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb.

Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib. Dominos pizza

Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Sonda xatirə şəkli çəkdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!