Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ səfəri çərçivəsində Dövlət Departamentində Departamentin Qafqaz məsələləri və Regional Münaqişələr şöbəsinin direktoru Alisiya Ellisonla görüşüb.
“Yeni Sabah” xəbər verir ki, görüşdə Azərbaycanda insan haqları, demokratik hüquq və azadlıqlar, siyasi məhbuslar mövzusunda müzakirələr aparılıb.
A. Hacılı bildirib ki, regional qarşılıqlı münasibətlər, Qarabağ probleminin həlli və digər məsələlər barədə Azərbaycanın və rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb. Görüşdə həmçinin ABŞ Azərbaycaan münasibətlərinin bəzi aspektləri müzakirə olunub. pizza mizza
Telegram kanalımız