Arif Hacılının oğlu barəsində məhkəmə qərarından apellyasiya şikayəti verildi

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılının oğlu barəsində məhkəmə qərarından apellyasiya şikayəti verildi

Hadisə

06 Noyabr 2023 21:19 1198


Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, şikayətə sabah, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Marqarita pizza

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!