Arif Hacılının qızı Bəxtiyarla yazışmalardan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılının qızı Bəxtiyarla yazışmalardan danışdı

Maraqlı

04 Mart 2023 11:38 10393


Müsavat başqanı Arif bəyin qızı Natavan Bəxtiyar Hacıyevlə aralarında olan əlaqəyə münasibət bildirib.

Yenisabah.az Manset-ə istinadla xəbər verir ki, 25 yaşlı xanım Bəxtiyar Hacıyevin əsl niyyətindən xəbərdar olmadığını qeyd edib: 

"Bəxtiyar Hacıyevlə yazışmalarımız 2010-cu ildə başlayıb. Onun ən hörmətli vaxtları idi, Harvardı yeni bitirib Azərbaycana getmişdi, deputatlığa namizəd olmuşdu. O vaxtı yaşımın azlığı, uşaqlığımın vermiş olduğu təcrübəsizliklə onun mənə qarşı əsl niyyətini anlamamışdım. Toyuqlu pizza

Get-gedə mən onun niyyətini başa düşdüm və münasibətlərimizi dayandırdım. Buna görə hətta aramız da dəydi. Sonralar həmişə soyuq münasibətimiz olub.

Qaldı Bəxtiyarın pedofil olmasına, 2012-ci ildə Ramin Hacılı onu ifşa etmişdi, mən haqlı olaraq Raminin tərəfində durmuşdum, buna görə Bəxtiyar mənə əsəbləşmişdi də. Ondan sonra əlaqəni tam kəsdim".

Xatırladaq ki, bir neçə gündür ki, teleqram sosial şəbəkəsində Bəxtiyar Hacıyevlə bağlı hesab yaradılıb. Orada B. Hacıyevin müxtəlif qadınlarla olduğu iddia edilən yazışma və görüntülər yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!