Arif Məlikovun məzarı ziyarət olundu

Arif Məlikovun məzarı ziyarət olundu

Mədəniyyət Veb saytların hazırlanması

13 Sentyabr 2023 15:29 1060


Sentyabrın 13-də görkəmli bəstəkar, pedaqoq, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90-cı ildönümü tamam olub.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri, nazirliyin məsul əməkdaşları, sənətkarın ailə üzvləri və digər qonaqlar I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. 

Anım mərasimində çıxış edən Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını deyib

Nazir diqqətə çatdırıb ki, görkəmli bəstəkarın 90 illik yubileydə geniş şəkildə qeyd olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!