Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb

Kriminal

18 May 2020 17:30 12172


Keçmiş MTN rəhbəri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova Yasamal Rayon Məhkəməsinin qərarından narazı qaldığından apellyasiya şikayəti verib. 

“Yeni Sabah”ın məlumatına görə, ilk olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov “Caspian Service” MMC, Mahmudova Nərgiz Eldar qızı və ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin. 

Bu ilin yanvar ayında Yasamal Rayon Məhkəməsi iddiaçının iddiasını təmin edib. May ayının 19-da Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Nərgiz Mahmudovanın məhkəmə prosesi keçiriləcək.  pizza mizza

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!