Millət vəkili Qənirə Paşayeva Xalq artisti Arif Quliyevlə bağlı “Instagram” hesabında paylaşım edib.
Yenisabah.az xəbər verir ki, deputat koronavirusa yoluxan aktyorun səhhəti ilə bağlı aidiyyəti tibb qurumlarının rəhbərləri ilə əlaqə saxladığını vurğulayıb:
“Xalq artisti Arif Quliyevin COVID-19 infeksiyasına yoluxması və vəziyyətinin ağırlaşmasını eşidincə ailə üzvləri ilə birlikdə tibb qurumlarının rəhbərləri ilə əlaqə qurduq, ətraflı danışdıq. Həkimlərimiz nə mümkünsə edir. Ümidvaram, sənətkar getdikcə öz sağlamlığına qovuşacaq, yenidən tamaşaçılara gülüş, təbəssüm və zövq bəxş edəcək. Allah yardımçısı olsun”. pizza hut
Telegram kanalımız