Arıqlamaq üçün istifadə olunan dərmanların fəsadları AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq üçün istifadə olunan dərmanların fəsadları AÇIQLANDI

Sağlamlıq

24 Avqust 2024 00:59 2614


Əczaxanalarda arıqlamaq istəyən insanlara şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərmanlar tövsiyə edilir. Bu dərmanlar isə reseptsiz satılır.

Bəs şəkər xəstəsi olmayan şəxslərin belə dərmanlardan istifadə etməsi nə dərəcədə doğrudur?

Mütəxəssislər bildirirlər ki, bu dərmanların davamlı istifadəsi böyrəklərdə problemlərə və sümük əriməsinə səbəb ola bilər. Dominos pizza

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, bu dərmanların reseptsiz satışı qanun pozuntusudur:

"Apteklərdən dərman vasitələrinin əksəriyyəti resept əsasında buraxılmalıdır. Şəkərli diabet xəstəliyində istifadə olunan metformin-hidroklorid tərkibli dərman vasitələri də apteklərdən mütləq resept əsasında buraxılmalıdır. Qanun pozuntusu aşkarlandıqda inzibati tənbeh tədbirləri görülür".

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!