"Toppuş bacı" ləqəbi ilə tanınan Əməkdar artist Tünzalə Əliyeva özü haqqında danışaraq hər kəsi kövrəldib.
Yenisabah.az xəbər verir ki, ARB TV-də yayımlanan "Hüseynova Bacıları" verilişində qonaq olan sənətçi arıqlamaq üçün girdiyu əməliyyatdan peşman olduğunu dilə gətirib. "Mən əməliyyat olunduqdan sonra hər şey sıfıra döndü. Aktrisa kimi fəaliyyətimdə də hər şey sıfır oldu. Mən başa düşdüm ki, efirə kök olaraq lazım imişəm. Hətta aparıcı kimi də məni qəbul etmədilər".
47 yaşlı aktrisa həyat yoldaşından da bəhs edərək özünü xoşbəxt saydığını bildirib: "Mən xoşbəxt qadınam ki, yanımda əsl Azərbaycan kişisi var". Pepperoni pizza
Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisanın ağ ciyərində də şiş tapılıb.
Telegram kanalımız