Arman Musinyan: “Paşinyanın siyasətdən anlayışı yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Arman Musinyan: “Paşinyanın siyasətdən anlayışı yoxdur“

Rəsmi

28 May 2021 17:48 1054


Ermənistan Milli Konqresinin mətbuat katibi Arman Musinyan Nikol Paşinyanı tənqid edib.

Yenisabah.az xəbər verir ki, o, Paşinyanın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Ermənistandakı gərgin vəziyyətlə bağlı şərhini anlamadığını vurğulayıb:

“Paşinyan bəyanatı ilə siyasətdə heç nə başa düşmədiyini, rəqiblərinin, eləcə də Rusiyadakı müttəfiqlərinin ona dediklərini anlamadığını göstərdi. O, Ter-Petrosyanı Qarabağı Azərbaycana təslim etməkdə ittiham edir və nə danışdığını bilmir. Ermənistan tərəfdən mümkün olan yeganə addım Qarabağın humanitar ehtiyaclarının ödənilməsi ola bilər. Buradan belə çıxır ki, iqtisadi və maliyyə köməyini davam etdirmək, Qarabağdan mühacirət təhlükəsini qarşısını almaq, ümumiyyətlə, məsələni dərhal həll etmək lazımdır”. Toyuqlu pizza

Xatırladaq ki, Nikol Paşinyan  bu gün Ter-Petrosyan haqqında, “Ter-Petrosyan nə fikirləşdiyini deməlidir. O, özü Qarabağı tamamilə Azərbaycana təslim etməyimizi və mövzunun bitdiyi ilə razılaşmağımızı təklif edir və buna baxmayaraq, nədənsə bizi ittiham edir”,-fikirlər səsləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!