Armen Qriqoryan Rusiya səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Armen Qriqoryan Rusiya səfiri ilə görüşdü

Rəsmi

16 Noyabr 2021 13:53 788


Noyabrın 16-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin ilə görüşüb.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

"Bu kontekstdə tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə mümkün qədər tez başlamağın vacibliyini vurğulayıblar. Qeyd edək ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının bu günki bəyanatında qeyd olunub. pizza mizza

Həmsöhbətlər əvvəllər əldə edilmiş razılaşmanın həyata keçirilməsinə, yəni “hamının-hamıya” prinsipi ilə hərbi əsirlərin mübadiləsinə dair üzərlərinə düşən tam öhdəliklərini təsdiq ediblər. Görüşdə kommunikasiyaların blokdan çıxarılması məsələsinə də toxunulub", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!