Armen Qriqoryan yenə sərsəmlədi

saytların hazırlanması

Evə çatdırılma

Armen Qriqoryan yenə sərsəmlədi

Rəsmi

17 İyun 2022 15:26 1727


İyunun 17-də İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası keçirilib.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, iclasda dar və genişləndirilmiş format KTMT dövlətlərinin təhlükəsizliyinə çağırış və təhdidlərin neytrallaşdırılması tədbirləri, KTMT regionunda birgə antiterror fəaliyyətləri ilə bağlı məsələlər müzakirə edilib..

Bu kontekstdə Qriqoryan Cənubi Qafqaz regionunda formalaşmış təhlükəsizlik mühitinə toxunub. Sezar pizza

O, xüsusilə qeyd edib ki, region hələ də problemlərlə doludur, bu da Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmaması və Qarabağ məsələsi ilə bağlıdır.

Təhlükəsizlik Şurasının katibi, həmçinin, regionda təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi və mövcud çağırışların neytrallaşdırılması məsələsində Ermənistanın mövqeyini və yanaşmalarını təqdim edib. 

Regional kommunikasiyaların blokadadan çıxarılmasından danışan Qriqoryan qeyd edib ki, Azərbaycan vaxtaşırı Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizinin açılması məsələsini gündəmə gətirir.

TŞ katibi bir daha vurğulayıb ki, Ermənistan ərazisində dəhliz məntiqində heç bir nəqliyyat marşrutu ola bilməz. O, həmçinin vurğulayıb ki, Ermənistan, Rusiya və Azərbaycan arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 21 noyabr 2021-ci il tarixlərində imzalanmış bütün bəyanatlara əsasən dəhlizlərdən bəhs edilmir.

Qarabağ münaqişəsindən danışan Qriqoryan qeyd edib ki, hərtərəfli həlli ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində verilməlidir.

İclasın sonunda KTMT Təhlükəsizlik Şurası katiblərinin qərarı ilə 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin komandanlıq və idarəetmə qüvvələri və vasitələrinin orqan və birləşmələrinin birgə hazırlanması planı təsdiq edilib.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının “Nayomnik” əməliyyat-profilaktik tədbirlər kompleksinə daimi fəaliyyət göstərən regional antiterror əməliyyatı statusunun verilməsi haqqında qərarı təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!