Ermənilər Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa çalışır.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, sərhəd zonasında yerləşən Şurnux kəndinin icra nümayəndəsi Akob Arşakyan video-müraciət yayaraq erməni könüllüləri Şurnuxa çağırıb.
“90-cı illərdə hadisələrə Şurnuxdan başladı. Xahiş edirəm, sabah hamınızı mövqelərimizi qorumaq üçün Şurnuxda silahlanmağa çağırıram. Gəlin, bizə qoşulun ki, torpaqlarımızı qoruyaq, yoxsa çox gec olacaq”, - deyə o bildirib. Dördpendirli pizza
İcra nümayəndəsi qeyd edib ki, bu gün Ermənistan Müdafiə Nazirliyi bütün qoşunlarını və hərbi texnikasını kənddən çıxarıb. Onlar yalnız könüllülərə ümid edə bilərlər.
Telegram kanalımız