“Arsenal” 14-cü dəfə İngiltərə kubokunu qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Arsenal” 14-cü dəfə İngiltərə kubokunu qazandı

İdman

01 Avqust 2020 22:54 1243


Bu gün İngiltərə kubokunda final oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, 2019/20 mövsümünün qalibi Londondakı “Uembli” stadionunda müəyyənləşib.

Final matçında “Arsenal” və “Çelsi” üz-üzə gəlib. Meydana 9-cu dəfə kuboku başı üzərinə qaldırmaq arzusu ilə çıxan “zadəganlar” erkən qolla hesabı açıb. "Arsenal"ın cavabı gecikməyib. “Topçular” ilk yarının ortalarında hesabda tarazlıq yaradıb. Toyuqlu pizza

Avrokuboklardan kənar qalmamaq üçün mütləq qalib gəlməli olan “Arsenal” ikinci hissədə hesabda önə keçib. Dublunu rəsmiləşdirən Pyer-Emerik Obameyanq komandasına 14-cü kuboku və Avropa Liqasının qrupuna vəsiqəni qazandırıb.

İngiltərə kuboku

Final

1 avqust

“Arsenal” – “Çelsi” – 2:1

Obameyanq, 28 (pen.), 68 – Pulişiç, 6


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!