“Arsenal” “Liverpul”u məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Arsenal” “Liverpul”u məğlub etdi

İdman

16 İyul 2020 01:57 1345


İngiltərə Premyer Liqasında 36-cı turun oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, ikinci yerin sahibi "Mançester Siti" autsayderlər zonasında qərarlaşan "Bornmut"u məğlub edib.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Vulverhempton" "Bernli"nin qonağı olub. Renatın yenə iştirak ərizəsinə düşmədiyi matçda "Vulverhempton" son dəqiqədə buraxdığı qolla qələbəni əldən verib. Pepperoni pizza

"Tottenhem" səfərdə "Nyukasl"ı üstələyib. Çempion "Liverpul" isə Londonda "Arsenal"la bacarmayıb. "Topçular" hesabda geri düşsə də, əzmkar qələbəyə seviniblər.

Turun qalan oyunları 16-17 iyulda keçiriləcək.

İngiltərə Premyer Liqası

"Bernli" - "Vulverhempton" - 1:1

Vud, 90+6 (pen.) - Raul Ximenes, 77

"Mançester Siti" - "Bornmut" - 2:1

David Silva, 6, Qabriel Jezuş, 39 - Bruks, 88

"Nyukasl" - "Tottenhem" - 1:3

Riçi, 56 - Hun-Min Son, 27, Keyn, 60, 90

"Arsenal" - "Liverpul" - 2:1

Lyakazett, 32, Nelson, 44 - Mane, 20


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!