İngiltərə Premiyer Liqasının 15-ci turunda “Arsenal” səfərdə “Fulhem”in qonağı olub. Çempionluq mübarizəsi aparan “topçular” səfərdən cəmi 1 xalla dönüb.
Yenisabah.az xəbər verir ki, meydan sahibləri 11-ci dəqiqədə Ximenesin qolu ilə 1-0 önə keçib. İlk hissə bu nəticə ilə yekunlaşıb və “Arsenal” yalnız 52-ci dəqiqədə Saliba ilə bərabərliyi təmin etməyi bacarıb.
Londonlular 89-cu dəqiqədə Saka ilə qələbə topunu vursa da, qol ofsayd səbəbi ilə qeydə alınmayıb. Bu nəticə ilə “Arsenal” 29 xalla üçüncü sıraya geriləyib. “Topçular” ikinci pilləni “həmyerlisi” “Çelsi”yə təhvil verməli olub. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız