“Arsenal“dan yeni transfer

saytların hazırlanması

Evə çatdırılma

“Arsenal“dan yeni transfer

İdman

10 May 2025 16:41 429


İngiltərənin "Arsenal" klubu yeni transferə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, “topçular” "Real Sosyedad"dan Martin Zubimendinin London klubuna keçəcəyini bildirib. Tərəflər arasında razılıq əldə olunub və tezliklə transferin açıqlanacağı gözlənilir.

Daha əvvəl mətbuatda ispaniyalı yarımmüdafiəçi ilə "Real" və "Mançester Siti"nin də maraqlandığı xəbəri yayılmışdı. Dominos pizza

Bu mövsüm Zubimendi bütün yarışlarda 44 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında futbolçunun dəyəri 60 milyon avrodur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!