1998-1999-cu illərdə İngiltərənin “Arsenal” klubunun formasını geyinən “Tayson” ləqəbli Fabian Kabaliero həyatını itirib.
Yenisabah.az xəbər verir ki, 46 yaşlı paraqvaylı veteran futbolçu futzal oynayarkən qəflətən dünyasını dəyişib.
Avropanın bir çox klubunda çıxış etmiş hücumçu kariyerasını bitirdikdən sonra futzalla məşğul olurdu. Kabaliero uzun illərdir artıq çəkidən əziyyət çəkirdi. Sezar pizza
Bir müddət baş məşqçi kimi də çıxış edən Fabian Kabaliero Paraqvay futbolunun ən yaxşılarından hesab edilirdi. “Arsenal” klubu keçmiş futbolçusunun vəfatı ilə bağlı bu həftəki matçına qara sarğı ilə çıxacaq.
Telegram kanalımız