"Arsenal"ın ulduzu "Qarabağ"dan danışdı: "Həmin gecə yata bilməmişdim"

saytların hazırlanması

Evə çatdırılma

"Arsenal"ın ulduzu "Qarabağ"dan danışdı: "Həmin gecə yata bilməmişdim"

İdman

26 Fevral 2020 10:50 860


"Arsenal"ın ulduz futbolçusu Bukayo Sako klubun rəsmi saytına açıqlama verib. "Yeni Sabah" xəbər verir ki, 18 yaşlı oyunçu 2018-ci ilin 13 dekabrında Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunu (1:0) xatırlayıb. Hücumameyilli yarımmüdafiəçi sözügedən qarşılaşmanı unutmadığını bildirib: "Qarabağ"la oyunda start heyətdə çıxacağımı öncədən demişdilər. Həmin gecəni yata bilməmişdim. Ailəm məni dəstəkləmək üçün oyuna gəlmişdi. Oyunda geyindiyim formanı özümlə götürdüm. O forma evimdə divardan asılıb. Həmin günü heç vaxt unutmaram. "Qarabağ"la matç yadımdan çıxmaz. Qol vurmaq üçün həqiqətən də böyük şansım var idi". Qeyd edək ki, futbolçu həmin oyunda qol vura bilməsə də, qarşılaşmanın ən yaxşısı seçilmişdi.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!