Artan istilər psixi sağlamlıq böhranına səbəb ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Artan istilər psixi sağlamlıq böhranına səbəb ola bilər

Dünya

15 Aprel 2025 13:55 214


Avstraliyada aparılan yeni tədqiqat göstərib ki, iqlim dəyişikliyi nəticəsində artan istilər təkcə fiziki deyil, psixi sağlamlıq üçün də ciddi təhlükə yaradır.

Yenisabah.az trt haber-ə istiandən xəbər verir ki, 2003–2018-ci illərə aid məlumatlar əsasında aparılan araşdırmaya görə, isti hava dalğaları zamanı narahatlıq, depressiya, bipolar pozuntu və maddə asılılığı kimi ruhi problemlərlə əlaqədar xəstəxanaya müraciətlər əhəmiyyətli dərəcədə artır.

Tədqiqatçılar bildirirlər ki, əgər iqlim dəyişikliyinə qarşı tədbir görülməzsə, bu cür pozuntuların yayılması 2050-ci ilə qədər 49 faiz artacaq. Ən böyük risk qrupu isə gənclərdir. Çünki onlar isti havaya daha çox məruz qalır və qorunmasızdırlar. pizza

Alimlər psixi sağlamlıq sahəsində çalışanları və ictimaiyyəti bu dəyişikliklərə qarşı daha hazırlıqlı olmağa çağırırlar. Araşdırma "Nature Climate Change" jurnalında dərc olunub./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!