Artımlar üçün dövlət büdcəsindən illik 2 milyard manat ayrılacaq

saytların hazırlanması

Evə çatdırılma

Artımlar üçün dövlət büdcəsindən illik 2 milyard manat ayrılacaq

Sosial

20 İyun 2019 10:38 1065


Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub. 

“Yeni Sabah” xəbər verir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq. 

Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır. Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 8 fevral 2019-cu il tarixli Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP)  MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. 18 iyun 2019-cu il tarixdə imzalanan digər Sərəncamlarla müxtəlif qurumlarda çalışanların əmək haqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-50 faiz artırılması tapşırılır. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri  daxildir.  Sezar pizza

Ümumilikdə, 18 iyun 2019-cu il tarixli Sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanın əməkhaqqı gəlirlərinin artmasına səbəb olmaqla, onlarına rifahına ciddi dəstəkdir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir. 

Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək. 

Beləliklə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək. 

Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə  660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!