Artıq Bakının 7 rayonunda DOST var

saytların hazırlanması

Evə çatdırılma

Artıq Bakının 7 rayonunda DOST var

Sosial

20 May 2020 16:10 1656


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 3 saylı DOST mərkəzi Bakının daha 3 rayonu üzrə DOST xidmətlərinin tətbiqinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, bunlar Nizami, Sabunçu və Suraxanı rayonlarıdır.

Həmin mərkəzdən əvvəl, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Bakıda istifadəyə verilən 1 və 2 saylı DOST mərkəzləri isə Səbail, Yasamal, Xəzər, Pirallahı rayonlarının əhalisinə xidmət edir. Beləliklə, yeni mərkəzin açılması ilə artıq paytaxtın artıq 7 rayonu DOST xidmətləri  ilə əhatə olunub.  Sezar pizza

İndiyədək 1 və 2 saylı DOST mərkəzlərinə 100 mindən çox şəxsə xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir. Yeni mərkəz isə üç mərkəzdən ən böyüyüdür və qeyd edilən üç rayon üzrə gündəlik 500, il ərzində isə 150 mindən artıq vətəndaşı qəbul edə biləcək. 

130-dan çox işçinin, 50 könüllünün çalışdığı mərkəzdə  əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. istiqamətlərdə 132 növdə xidmət innovativ həllərin tətbiqi üzərində “bir pəncərə”dən, şəffaf və opeartiv şəkildə təqdim ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!