“Artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdır” – Baş məşqçimiz

saytların hazırlanması

Evə çatdırılma

“Artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdır” – Baş məşqçimiz

İdman

29 İyul 2019 12:41 1158


Təlim-məşq toplanışını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt"ın məşqlərini izləyənlər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç də olub. 

“Yeni Sabah” xəbər verir ki, o, gənclər millimizin çalışdırıcı komandamızın hazırlıq prosesini izlədikdən sonra fikirlərini klubun saytına bildirib:

"Bir neçə gün ərzində Türkiyədə oldum. Ankaranın Qızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırkı durumunu öyrənmək idi. "Sumqayıt" FK-ya gəldikdə isə bu klubun 2 məşqini meydançadan canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərir. Bu barədə klubun baş məşqçisi ilə də söhbətim oldu. Ümumilikdə futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. "Sumqayıt" klubu olduqca intensiv və dinamik məşqlər edir, özlərini maksimum şəkildə göstərməyə çalışırdılar.  Pepperoni pizza

Burada məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan nələrisə öyrənməyə çalışırdılar. Bu komandada gənc futbolçuların sayı digərlərinə nisbətən daha çoxdur və gənclərin ilk 11-lik üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdır. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın əsas üzvünə çevrilməyə çalışmalıdırlar.

Baş məşqçi Ayxan Abbasov ilə fikir mübadiləsi apardım. O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. Çünki, "Sumqayıt"da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!