"Antiterror əməliyyatlarının getdiyi məkan Azərbaycanın suveren ərazisidir. Heç bir ölkə icazə verməz ki, onun suveren ərazisində başqa bir dövlətin silahlı qüvvələri olsun. Bu, 9 noyabr bəyanatında da qeyd olunub. Ermənistan öhdəlik götürüb ki, qanunsuz hərbi erməni birləşmələrini oradan çıxaracaq. Bu bəyanatın üstündən 3 il keçib və biz 3 il səbrlə gözləmişik. Artıq səbrimizin həddi-hüdudu bitib!”
Bunu Yenisabah.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
Sənətçi Qarabağ bölgəsdində gedən döyüşlərə bu cür münasibət bildirib:
“Düşünürəm ki, dövlətimiz hər şeyin vaxtını çox düzgün bilir və lazımi tədbirləri görəcək. Allah əsgərimizi, ordumuzu qorusun! Separatçılar Qarabağdan çıxmayınca bu məsələ həll olunmayacaq, dinc əhali orada yaşaya bilməyəcək.
Biz artıq əhalimizi ora köçürmüşük, qurub-yaradırıq. Məsələ birdəfəlik bitməlidir!”
Xalq artisti əlavə edib: “Həmin ərazi ölkəmin ərazisidir. Biz də dövlətimizin arxasındayıq! İnanıram ki, tez bir zamanda Qarabağ o quldurlardan təmizlənəcək. Buna əminəm! Çünki xalq olaraq Ali Baş Komandanımıza və ordumuza çox inanırıq".
M. İbrahimov ordumuzun artıq qat-qat güclü olduğunu bildirib və təşvişə gərək olmadığını qeyd edib:
"İnsanların qorxu və təşvişinə gərək yoxdur. Cənab Prezidentin dediyi kimi, bu gün ordumuz Birinci Qarabağ müharibəsi dövründə olduğundan çox güclüdür. Biz hər şeyə qadirik. Ali Baş Komandanımız, güclü əsgərlərimiz və ordumuz var. Onlara güvənirik! Haqq da bizim tərəfimizdədir. Azərbaycanın heç kimin torpağında gözü yoxdur. İnşallah, tez bir zamanda Qarabağı təmizləyəcəyik, başqa yolumuz yoxdur. Bu məsələ bitməlidir. Xocalı, Xankəndi bizdə olmalıdır. Bir dəfəlik ölkəmizə nəzarət etməliyik, bayrağımız orada dalğalanmalıdır!"
Əsmətxanım Rzazadə
Telegram kanalımız