“Artıq yaşamaq istəmirəm” - Sərdar Ortaç

saytların hazırlanması

Evə çatdırılma

“Artıq yaşamaq istəmirəm” - Sərdar Ortaç

Şou

12 Dekabr 2024 23:48 814


Qanunsuz mərc oynama ittihamı ilə həbs edilən müğənni Sərdar Ortaç ev dustaqlığı zamanı yaşadığı çətinliklərdən danışıb.

Yenisabah.az Axsam.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi yaşadığı stressdən sol qolunda problem yarandığını bildirib:

“Evdə qandallı gəzərkən stressdən sol qolumda problem yarandı. Xəstəliyimə görə sol ayağımda onsuz da problem var idi, yeriməkdə çətinlik çəkirdim, amma buna baxmayaraq, yenə səhnəyə çıxıb konsertlər verirdim. Qumar bəlası başıma gəldi və cəzalandırıldım". pizza sifarişi

Yaşadığı çətinliklərə görə tükənən Ortaç dərin hüznlə bunları deyib:

“Artıq ölmək istəyirəm. İllərdir səhnələrdə konsertlər verirəm, insanları əyləndirirəm. Amma televizoru açıram, illərdir bacı-qardaş dediyim adamlar məni təhqir edirlər. Hamı mənim "yıxılmağımı" gözləyirdi? Mən artıq yaşamaq istəmirəm. Doğurdan da sabah səhər ölmək istəyirəm."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!