“Artıq yay aylarından etibarən...” - Zare Sinanyan

saytların hazırlanması

Evə çatdırılma

“Artıq yay aylarından etibarən...” - Zare Sinanyan

Rəsmi

04 Mart 2021 01:43 1467


“Ermənistan Rusiya ilə əcnəbilərin Dağlıq Qarabağ ərazisinə girişi rejiminin təşkilini müzakirə edir”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan deyib.

Sinanyan bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə müzakirə etdiyini söyləyib: Toyuqlu pizza

“Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problem yaşamağa başlayıblar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar da Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və qarşıdakı yayda belə bir vəziyyət ola bilər ki, bir çox insan Dağlıq Qarabağa getmək istəsə də, yeni rejimə görə bunu edə bilməyəcəklər”.

Onun sözlərinə görə, söhbət Xankəndi, Xocavənd və ya Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən gedir.

“İndi yeni rejim elədir ki, Ermənistandan Dağlıq Qarabağa getmədən yeddi gün əvvəl bir ərizə təqdim etməli, siyahı rus sülhməramlılarına verilməli və sonra kimin gələ biləcəyinə qərar verilməlidir”. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!